Interposta.Info

"Dördlər finalı"nın məkanı müəyyənləşdi

Ölkə
 17-12-2021, 15:22     87 858

UEFA Çempionlar Liqasının "Dördlər finalı”nın keçiriləcəyi məkana aydınlıq gətirilib.

"İnterPosta" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin qərarı ilə 2021/2022-ci il mövsümünün qalibi Latviyanın paytaxtı Riqada müəyyənləşəcək. "Riqa Arena”da yarımfinal oyunları aprelin 28-də və ya 29-da, üçüncü yer və final matçı isə aprelin 30-da və ya mayın 1-də keçiriləcək.

Bu arenada 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26