Interposta.Info

Avropa çempionatı Rusiyadan alındı

İdman
 4-03-2022, 14:07     281

Avropa Karate Federasiyası və Dünya Karate Federasiyası 2023-cü ildə Moskvada keçiriləcək böyüklər arasında Avropa çempionatını ləğv edib.

Qərar EKF İcraiyyə Komitəsinin keçirilən növbədənkənar iclasında qəbul edilib. Videokonfrans vasitəsilə keçirilən toplantıya EKF və WKF prezidenti Antonio Espinos rəhbərlik edib və Ukraynadakı vəziyyət gündəmdə olub.

Ukraynadakı münaqişə səbəbindən tədbirin Rusiyada təşkili üçün lazımi şərtlərə əməl olunmadığı qənaətinə gəlinib.

Bundan sonra 2023-cü il qitə çempionatları üçün alternativ ev sahibi ölkə axtarılacaq. Qitənin növbəti ən böyük karate yarışının keçiriləcəyi yer yaxın həftələrdə açıqlanacaq.

EKF və WKF prezidenti Antonio Espinos məsələ ilə bağlı açıqlama verib: "Mövcud təəssüf doğuran şəraitdə biz bu böhrandan təsirlənənlərin hamısına dərin narahatlığımızı və rəğbətimizi bildirmək istəyirik. Ümid edirik ki, münaqişənin həlli tezliklə tapılar, beləliklə, normal vəziyyət bərpa olunar və tədbirlərimiz yenidən bütün Avropada təhlükəsiz şəkildə keçirilə bilər”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26