Interposta.Info

Rafael Ağayev "Kontakt Karate"də ilk qələbəsini qazandı

İdman
 7-04-2018, 00:04     10 505

Azərbaycan karateçisi, 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev Full kontakt Karate Liqasında çıxış edib.

BAKU.WS-in məlumatına görə, həmyerlimiz artıq beynəlxalq idman arenasında qəbul edilən Kontakt Karate üzrə döyüşlərə başlayıb.

Rafael Macarıstanın paytaxtı Budapeştdə baş tutan qarşılaşmada Dominikan Respublikasından olan Dionicio Gustavo ilə münasibətlərinə aydınlıq gətirib. İdmançımız rəqibini məğlub edərək ilk qələbəsini qazanıb.

interposta.info qarşılaşmanın görüntüsünü təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26