Rafael Ağayev:

Hazırda ondan avtoqraf almaq üçün dünya və Avropa çempionatlarında növbəyə düzülürlər.
Azərbaycanın tanınmış karate ustası Rafael Ağayev kasıb olduğu və heç kimin onu tanımadığı keçmiş günlərindən utanmadığını bildirib.
interposta.info virtualaz.org-a istinadla xəbər verir ki, Rafael Ağayev keçmişini xatırlayaraq deyib: “Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım”.
“İndi hər şey qaydasındadır. Evim var. Qardaşıma da ev almışam, – idmançı bildirib. – Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədir. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26