Interposta.Info

Millimiz AÇ-də iştirak edəcək, hakimlərimiz imtahan verəcək

İdman
 16-08-2021, 15:05     390

Yeniyetmə və Gənclərdən ibarət milli komandalarımız 20-22 Avqust tarixlərində Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından "İnterPosta"-ya verilən məlumata görə qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdən 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb. Qitə çempionatına kumite üzrə yeniyetmə və gənclərdən ibarət komandaların baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyev yollanacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışı idarə edənlər arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün Mais Mədətov, beynəlxalq kateqoriya almaq üçünsə Vüsal israfilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verəcəklər.

Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26