Interposta.Info

Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazandı

İdman / Manşet
 28-06-2021, 22:09     667

Azərbaycanın və "Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

"İnterPosta"xəbər verir ki, o, İstanbulda təşkil olunan "Akın döyüş arenası” çərçivəsində döyüşdə braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gəlib.

"Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşma kikboksçumuzun qələbəsi ilə başa çatıb. Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən P.Abdullayevin 50-ci qələbəsi olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26