Interposta.Info

Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

İdman
 14-05-2021, 10:06     508

Gürcüstanın paytaxtı Tiflisdə qadın voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları təşkil olunacaq.

"İnterPosta" xəbər verir ki, B qrupunda ev sahibləri, Portuqaliya, Ukrayna və İsveçin mübarizə aparacağı görüşlərə Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

O, mayın 14-16-da keçiriləcək matçlarda supervayzer funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunlarında həmçinin beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Eldar Zülfüqarov da iş başında olacaqlar. Onlar CEV-in Tiflisə təyinat verdiyi 4 referidən ikisidir./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26