Interposta.Info

Bu gün Avroliqa bərpa olunur

İdman
 5-08-2020, 12:25     1 623

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunur.

Bu gün Avropa Liqasında 4 görüş keçiriləcək.

İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq.

Donetsk "Şaxtyor"u səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə qəbul edəcək. "Mançester Yunayted" öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. "Qırmızı şeytanlar" səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib.

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşəcək.

5 avqust

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

İlk oyun keçirilməyib/qol.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26