Interposta.Info

İlqar İlyasov YAP Qaradağ rayon təşkilatının sədri təyin olunub – TƏBRİK

Manşet / Paradoks
 Bu gün, 16:51     113

​Yeni Azərbaycan Partiyasının (YAP) strukturunda mühüm təyinat baş tutub. Belə ki, partiyanın fəal regional idarəçilərindən olan İlqar Süleyman oğlu İlyasov YAP Qaradağ rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.

​Qeyd edək ki, İlqar İlyasov bu təyinata qədər YAP Laçın rayon təşkilatının sədri vəzifəsində səmərəli fəaliyyət göstərib, rayonda partiya işinin təşkilində və ictimai-siyasi fəallığın artırılmasında yaxından iştirak edib. Onun ötən dövr ərzində nümayiş etdirdiyi yüksək peşəkarlıq və idarəçilik bacarığı növbəti məsuliyyətli vəzifəyə etimad qazanmasında mühüm rol oynamışdır.

​İlqar İlyasovun zəngin idarəçilik təcrübəsi, yüksək məsuliyyət hissi və dövlətimizə, partiyamıza olan sarsılmaz sədaqəti onun yeni vəzifəsində də böyük uğurlara imza atacağına tam əsas verir. İnanırıq ki, o, Qaradağ rayon təşkilatının fəaliyyətinə yeni nəfəs və mühüm töhfələr bəxş edəcəkdir.

​Yeni sədrin rəhbərliyi altında təşkilatın Yeni Azərbaycan Partiyasının prinsiplərinin, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin geniş kütlələr arasında təbliği istiqamətində yeni nailiyyətlər əldə edəcəyi şübhəsizdir.

​Bu şərəfli və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə İlqar Süleyman oğlu İlyasovu səmimi qəlbdən təbrik edirik, ona müstəqil Azərbaycanımızın tərəqqisi və partiyamızın güclənməsi naminə fəaliyyətində tükənməz enerji, yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

​Yolunuz açıq, uğurlarınız daimi olsun!

​Xaliq Rəşidoğlu

Goldmedia.az



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26