Interposta.Info

Kiprin futbol çempionatı hakimə sui-qəsd cəhdinə görə dayandırılıb

İdman
 18-01-2020, 09:28     389

Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, matçın 33 yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim Konstantin özü zərər çəkməyib.

Andreas Konstantinə sui-qəsd cəhdi Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı yaranmış vəziyyətə reaksiya ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26