Interposta.Info

Türkiyənin müdafiə nazirinə sui-qəsd cəhdi –

Dünya
 27-02-2017, 16:18     468

Türkiyənin müdafiə nazirinə sui-qəsd cəhdi –

Türkiyənin müdafiə naziri Fikri Işıkın avtomobil konvoyuna silahlı hücum olub.

Avropa.info xəbər verir ki, Fikri Işıkın səfəri zamanı konvoyun ən arxasında gələn avtomobildə əyləşən partiya üzvləri polisə zəng edərək həmin ərazidə atəş səsi eşitdiklərini polisə xəbər veriblər.

Xəbəri alan polis dərhal hərəkətə keçib. Atəş açdığı iddia edilən, İzmit şəhəri istiqamətində hərəkət edən avtomobil təqib edilib. Kocaeli vilayətinin polis idarəsinin verdiyi məlumata görə, atəş açan 19 yaşlı Berat T.Yahya ticarət mərkəzinin qarşısında həbs edilib.

Saxlanılan şəxsin atəş açdığı silahın qaz tapançası olduğu müəyyən edilib. Qız dostu ilə görüşə oğlan silahı onun evində qoyub. Polis atəş açan gəncin silahının dostuna aid olduğunu müəyyən edib. Berat T. Ifadə vermək üçün polis idarəsinə aparılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26