Azərbaycanlı futbolçu erməni məşqçiyə görə “Tobol”dan gedir? (AÇIQLAMA)

"Tobol”da çıxış edən millimizin üzvü Emil Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı haqda xəbərlər yayılıb.
Məsələ ilə bağlı 25 yaşlı qapıçı ilə əlaqə saxlamaq mümkün olmayıb. Emilin atası Nazim Balayev isə Qol.az-a qısa açıqlamasında bunları deyib:
"Mətbuatda çox şey yazırlar. Bu yaxınlarda bu barədə açıqlama verəcəyik. Onda hamısı aydın olacaq. Hər şey Allahın əlindədir. Yaxşı olacaq".
Xatırladaq ki, Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26