Interposta.Info

“Dedim ki, yaxşı film verin çəkilim, sağalım” - Rasim Balayev

Ölkə
 23-11-2017, 11:12     4 004

Xalq artisti Türkiyəyə müalicəyə getməyəcək, çünki...

Xalq artisti, məşhur aktyor Rasim Balayev gözlənilən Türkiyə səfərini təxirə salıb. “Yeni Müsavat”a danışan aktyor səfərinin təxirə salınma səbəbini bu cür izah edib:
“Mənə məlumat verdilər ki, Türkiyədə məni müalicə edəcək həkim Bakıya gələcək. Ona görə də Türkiyəyə ehtiyac qalmadı. Bilirsiz ki, İrandan, Türkiyədən məşhur həkimlər gəlir. Təsadüfdən də həmin həkimin tezliklə Bakıya gələcəyini eşitdik, ona görə də qərar gəldik ki, burada müalicə alım”.

Aktyor hansı qurumun ona köməklik göstəridiyindən xəbərsiz olduğunu deyib:
“Bilmirəm hansı qurumdur, konkret haradan yardım ediləcəyindən xəbərsizəm. Bircə onu bilirəm ki, dövlət tərəfindən tapşırılıb. Mənə müraciət edən şəxs də dövlətin nümayəndəsidir.

Bundan əvvəl isə Mədəniyyət və Turizm Nazirliyindən də mənimlə əlaqə saxlayan olmuşdu. Soruşdular ki, “Sənə nə yardım edə bilərik?”. Cavab verdim ki, “Mənə yaxşı film verin çəkilim, sağalım”.

Xatırladaq ki, R.Balayev uzun müddətdir ki, şəkər, təzyiq və onurğa xəstəliklərindən əziyyət çəkir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26