Interposta.Info

UEFA Türkiyə ilə bağlı qərarını açıqladı

İdman
 12-12-2019, 20:45     420

UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub.

"İnterPosta.info" xəbər verir ki, Avropa ali futbol qurumu bunun üçün yığmaya hər hansı bir cəza tətbiq etməyib.

Qeyd edək ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26