Interposta.Info

Amerikanın beysbol əfsanəsi güllələndi - VİDEO

İdman
 10-06-2019, 11:53     10 340

”Lütfən, ölməyimə imkan verməyin. Mən yaxşı adamam”

“David Ortiz gülləndi”. ABŞ-ın demək olar ki, bütün media qurumları bu xəbəri manşetdən paylaşıb. O, bir beysbol əfsanəsidir. Bəllidir ki, beysbol Amerikan mənşəli idman növüdür. Amerikada və Uzaq Şərq ölkələrində, xüsusilə Koreya və Yaponiyada son dərəcə populyardır.

Əslən Dominikan Respublikasından olan David Ortizə elə Dominikanda olarkən atəş açılıb. Ona olan sui-qəsdin səbəbi bəlli deyil. Bəlli olan odur ki, silahlı motosikletlə hədəfə doğru hərəkət edib və bir addımlıqdan atəş açıb. Güllə 43 yaşlı David Ortizin kürəyindən girib qarnından çıxıb. Hadisə yerli barların birinin həyətində baş verib və video-kamera tərəfindən qeydə alınıb.

Cinayəti törədən şəxs və daha bir neçə nəfər həbs olunub. Cinayəti törədənin kimliyi də açıqlanmır. Ancaq o, cinayəti törətdikdən sonra bir qrup adamın əlinə keçib və amansız şəkildə döyülüb.

“The New York Post“ yazır ki, beysbol əfsanəsi aldığı güllə yarasının ciddiliyinin fərqində olub və həkimə yalvararaq deyib: ”Lütfən, ölməyimə imkan verməyin. Mən yaxşı adamam”.

Yerli klinikada cərrahın keçirdiyi əməliyyat uğurla başa çatıb.

Hadisə zamanı beysbol ulduzunun yanında olan Dominikan Televiziyasının populyar aparıcısı Coel Lopes də güllə yarası alıb.

Ancaq onun da həyatına elə bir təhlükə yoxdur./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26