Interposta.Info

İrəvanda gecəyarısı 3 nəfər güllələndi -1 ölü, 2 yaralı

Ölkə
 16-04-2019, 11:05     10 336

Ötən gecə Ermənistan paytaxtında 3 nəfər güllələnib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, gecə yarısı baş verən hadisə zamanı güllə yarası almış iki nəfər Mikaelyan adına xəstəxanaya çatdırılıb. Başından güllə yarası almış 30 yaşlı gəncin durumunun daha ağır olduğu bildirilir. 23-25 yaşlarında olan gənc idə əlindən yaralanıb. Az sonra bəlli olub ki, daha bir yaralı 8 saylı xəstəxanaya aparılıb. Yaralıların hər üçü Kanaker-Zeytun rayonundan gətirilib. Son anda verilən məlumata görə avtomobildə güllələnlərdən biri artıq ölüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26