Interposta.Info

"Çelsi"nin hücumçusu məşqdə komanda yoldaşları ilə mübahisə edib - VİDEO

İdman
 24-05-2019, 00:32     10 408

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlaşan İngiltərə "Çelsi"sinin futbolçusu Qonzalo İquain məşqdə qalmaqala səbəb olub.

"Report" xəbər verir ki, 32 yaşlı hücumçu komanda yoldaşları ilə mübahisə edib. Argentinalı forvardı qapıçı Villi Kabalyeroya və hücumçu Pedro Rodriqes sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Qonzalo İquain müqavilə ilə İtaliyanın "Yuventus" klubuna məxsusdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26