Interposta.Info

"Çelsi" - "Arsenal": start heyətləri

İdman
 29-05-2019, 22:56     10 401

Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulur.

Final qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək.

Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edəcəklər. İngiltərənin iki nəhəng komandası "Çelsi" ilə "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirəcək.

"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edir. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaq. Bununla Emeri həm də tarixə düşə bilər. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis bu gün Bakıdan eyni nailiyyətlə ayrılsa, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Çelsi"də Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Antonio Rüdiger və Etan Ampadu Bakıda meydana çıxa bilməyəcək. Müdafiəçi Qari Keyhill və yarımmüdafiəçi Nqolo Kantenin durumu isə qeyri-müəyyəndi.

"Arsenal"a gəlincə, "topçular"da Aaron Remsi, Denis Suares, Ektor Bellerin, Rob Holdinq və Henrik Mxitaryanın komandaya kömək etməyəcəyi dəqiqdi. Hücumçu Danni Uelbekin iştirakı isə sual altındadı.

Avropa Liqası
2018/19 mövsümü
Final

29 may
23.00 Çelsi (İngiltərə) - Arsenal (İngiltərə)
Çelsi: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Hazard, 11. Pedro Rodriges, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sezar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri.
Ehtiyat oyunçular: 13. Villi Kabalyero, 52. Ceymi Kamminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qonzalo Hiquayn, 21. David Zappakosta, 22. Villian, 24. Harri Kehill, 44. Etan Ampadu, 51. Konor Qallaher, 55. Corc Makikran.
Baş məşqçi: Mauritsio Sarri.
Arsenal: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleksandr Lyakezett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Enzli Meytlend-Naylz, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliev, 4. Məhəmməd Elneni, 12. Stepan Lixtştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danji Uelbek 25. Karl Cenkinson, 29. Matteo Qenduzi, 49. Eddi Nketia, 59. Co Uillok, 87. Bukayo Saka.
Baş məşqçi: Unay Emeri.
Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
Bakı Olimpiya Stadionu./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26