Interposta.Info

İranlı şərhçidən azərbaycanlı futbolçunun qoluna “Yaşasın Azərbaycan” reaksiyası - VİDEO

İdman
 26-01-2019, 19:03     10 438

Xəbər verdiyimiz kimi, iki gün əvvəl futbol üzrə Asiya çempionatının 1/4 finalında İran millisi Çin üzərində 3:0 hesablı qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmada ikinci qolu 31-ci dəqiqədə İran türkməni Sərdar Azmun və üçüncü qolu 91-ci dəqiqədə cənubi azərbaycanlı Kərim Ənsarifərd vurub.

İranlı şərhçi hər iki hücumçunun qolunu maraqlı şərh edib. Belə ki, o, Azmunun qolunu “bütün türkmənlərin Sərdarı” deyə bildirib. Ənsarifərdi isə Kərim türk oğli və Kərim Savalan kimi təqdim edən şərhçi qoldan sonra “Yaşasın Azərbaycan, yaşasın İran” deyə qışqırıb.

Qeyd edək ki, Sərdar Azmun Rusiyanın “Rubin” və Kərim Ənsarifərd İngiltərənin “Notinqem Forest” klubunda çıxış edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26