“Qəbələ”nin çempionatdan çəkilməsi rəsmiləşdi
Futbol üzrə Azərbaycan I divizionunun 2018/2019-cu illər mövsümündə “Qəbələ”nin əvəzedici komandasının iştirak etməyəcəyi dəqiqləşib
Cari mövsüm aşağı dəstədə çıxış edəcək 14 komanda bunlardır:
“Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan”, MOİK, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Səbail-2”, “Zirə-2”, “Qarabağ-2”, “Keşlə-2”, “Sumqayıt-2”, “Neftçi-2” və “Sabah-2”. Sabah saat 13:00-da AFFA-nın inzibati binasında püşkatma mərasimi keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” əvəzedici komandasını maddi problemlərə görə çempionata buraxmaqdan imtina edib. Klub bunun üçün AFFA və PFL-ə müraciət ünvanlayıb./Oxu.Az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26