Interposta.Info

"Qarabağ" ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu

İdman
 22-04-2018, 21:16     10 518

Topaz Premyer Liqasında XXIV tura yekkun yekun vurulub. Qaynarinfo xəbər verir ki, ikinci gündə üç qarşılaşma baş tutub.

Tur çempionun müəyyənləşməsi ilə yadda qalıb. Səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Qarabağ" ardıcıl ikinci pillə ilə xal fərqini 17-yə yüksəldib. Bununla da "Qarabağ" ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğu rəsmiləşdirib.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "Neftçi" doğma meydanda "Qəbələ"yə qalib gəlib. Bununla da "Zirə"ni "dördlük"dən çıxardan "ağ-qaralar" 4-cü pilləyə yüksəlib.

Son iki pillənin sahibləri - "Səbail"lə "Kəpəz" arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib.

Premyer Liqa
2017/18 mövsümü
IV dövrə, XXIV tur

22 aprel
Səbail - Kəpəz 0:1
Qollar: Faruk Miya, 24 - Dario Federiko, 19.
"Bayıl Arena”.

Neftçi - Qəbələ 1:0
Qol: Ruslan Abışov, 4.
Qırmızı vərəqə: Emin Mahmudov, 62.
"Bakcell Arena".

Sumqayıt - Qarabağ 0:1
Qol: Dani Kintana, 34.
Sumqayıt şəhər stadionu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26