Interposta.Info

"Qarabağ" qələbə qazandı

İdman
 7-04-2018, 20:45     10 618

Topaz Premyer Liqasında IV dövrəyə start verilib.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, XXII turun qarşılaşmaları iki gün davam edəcək. İlk gündə iki qarşılaşma baş tutub.
Birinci oyun Gəncədə keçirilib. Çempionatın autsayderləri "Kəpəz”lə "Keşlə” xal hesablarını artırmaq üçün mübarizə apardıqları oyunda qalib müəyyənləşməyib - 1:1. Bununla da Gəncə və Bakı klublarının qələbəsiz oyunlar seriyası 4-ə çatıb.

İlk oyun günü "Qarabağ”la "Səbail” arasındakı matçla yekunlaşıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 2 heç-heçədən sonra azarkeşlərini 3 xalla sevindirib - 1:0. Matçın yeganə qoluna 31-ci dəqiqədə penaltidən Riçard Almeyda imza atıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
XXII tur

7 aprel
Kəpəz - Keşlə 1:1
Qollar: Dario Federiko, 45 - Vaqif Cavadov, 25.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26