Interposta.Info

UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib

İdman
 11-10-2017, 13:29     7 766

Futbol üzrə UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.

interposta.info xəbər verir ki məlumatına görə, 55 yığma 4 diviziona bölünüb. Hər divizionda 4 qrup olacaq. Qrupların tərkibinin müəyyən edilməsi üçün püşkatma mərasimi yanvarın 24-də Lozannada keçiriləcək. Azərbaycan yığması dördüncü divizionda çıxış edəcək.

A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə

C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva

D Divizionu: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino, Cəbəllütariq

Turnirə 2018-ci ilin sentyabrında start veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26