Interposta.Info

Dünyanın ən titullu futbolçusu məlum olub

İdman
 29-05-2017, 07:36     603

Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb.
interposta.info bildirir ki, Apasport.az saytının məlumatına görə, bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.
35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.

Futbol karyerasında vətəni Braziliyada – “Kruzeyro”da başlayan Maksvell burada 1 kubok əldə edib.

Daha sonra Avropadakı ilk klubu “Ayaks”da 6 dəfə “qənimət”i başı üzərinə qaldıran “solaxay”, İtaliya “İnter”i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.

Ardınca “Barselona”ya transfer olan oyunçu kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.

Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26