Interposta.Info

Samir Əliyev, Rauf Əliyev və Aqil Məmmədov eyni klubda

İdman
 18-04-2017, 07:30     497

“Səbail” yeni mövsümə tam fərqli start verəcək. Premyer Liqaya yüksələcəyi şübhə doğurmayan paytaxt klubu həm baş məşqçisini, həm də heyətini dəyişəcək.

interposta.info futbolinfo.az-a istinadən xəbər verir ki, Elman Sultanov elitada komandanın başında olmayacaq. I divizionda çempionluğu əldən verən “Səbail” 2-ci pillədə olsa da, bu məşqçinin işi rəhbərliyi qane etmir. Komandanın heyəti hətta bəzi elita klublarından güclü, maliyyə durumu daha qənaətbəxş olsa da, Sultanovun işi buna adekvat deyil. Futbolçuların da narazı olduğu Elman bəy elə bu səbəbdən istefaya göndəriləcək.

Artıq yeni baş məşqçi də bəllidi. Klub rəhbərliyi “Neftçi”nin sabiq baş məşqçisi, hazırda bu komandanın əvəzedici heyətinə uğurla rəhbərlik edən Samir Əliyevlə razılaşıb. Onunla ilkin danışıqlar olub və tərəflər ortaq məxrəcə gəlib. Sadəcə, qərar mövsümün sonunda veriləcək.

Xəbəri dəqiqləşdirmək üçün Samir bəylə danışdıq. Əliyev belə variantın olduğunu gizlətmədi: “Düzünü deyim ki, belə bir söhbət var, amma heç nə dəqiqləşməyib. Necə olacağını özüm də bilmirəm. Amma mümkün variantdı. Görək necə olur?”

Klub rəhbərliyi heyətə də əl gəzdirəcək. İlk olaraq güclü yerli oyunçu ehtiyatına sahib olmaq üçüm milli üzvləri ilə danışıqlar başlayıb. “İnter”in hücumçusu Rauf Əliyevi də artıq “Səbail”in üzvü saya bilərik. Bundan başqa, AZAL-ın qapıçısı Aqil Məmmədov da debütantın formasını geyəcək. Amma oyunçularla bağlı məsələ məşqçi təyinatı rəsmiləşdikdən sonra həllini tapacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26