Interposta.Info

Samir Əliyev:

İdman
 14-08-2017, 07:28     10 485

“Komanda sıfırdan yığılıb. Bu gün bir yerdə olmağımızın bir ayı tamam oldu. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik”.

“Report”un məlumatına görə, bunu “Səbail” komandasının baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Zirə”yə 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Gənc mütəxəssis müdafiədəki boşluqlardan da söz açıb: “Boşluqların olması normaldır. Çünki yeni komandadır. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu yer alıb. Bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın.

Əlimizdən gələni edəcəyik ki, futbolçulardan maksimum istifadə edək. Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdır. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmaq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26