Interposta.Info

"Arsenal"ın futbolçusu: "Qarabağ" bizim üçün arzuolunmaz rəqibdir"

İdman
 4-10-2018, 17:15     10 410

“Qarabağ” və “Vorskla” bizim üçün ən arzuolunmaz rəqiblərdir. Çünki Azərbaycan və Ukraynaya iki uzun səfər edirik”

“Report” xəbər verir ki, bunu bu gün Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın qonağı olacaq İngiltərə “Arsenal”ının futbolçusu Naço Monreal deyib.

32 yaşlı ispaniyalı müdafiəçi bütün çətinliklərə baxmayaraq, bu oyunlarda maksimum nəticə qazanmaq istədiklərini bildirib: “Uzun məsafəyə səfər edəcəyimizə rəğmən, məqsədimiz yaxşı oyun sərgiləyib, 3 xal qazanmaqdır. Keçən mövsüm bu turnirin qalibi olmağa çox yaxın idik. Bizim məqsədimiz bu mövsüm Avroliqada sonuna qədər döyüşüb, çempion olmaqdır. Bununla da Çempionlıar Liqasına birbaşa vəsiqə əldə etmək istəyirik. Avroliqanın qalibi olmamaq üçün bəhanəmiz yoxdur”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - "Arsenal” oyunu saat 20:55-də başlayacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26