Interposta.Info

Güləşçiləri "əzik qulaqdan" xilas edəcək kəşf

İdman
 10-04-2017, 15:15     508

"The Telegraph" qəzetinin güləşçilərə və bir çox başqa idman növləri ilə məşğul olanlara şad xəbəri var.

Qəzet yazır ki, Şimali İrlandiyadan olan bir ana idmançıları Qərbdə "gülkələmi qulağı" deyilən bəladan qurtarmaq üçün vasitə ixtira edib.

Söhbət reqbi, boks və güləş idmançılarının qulaq seyvanlarının əzilib tanınmaz vəziyyətə düşməsinin qarşısının alınmasından gedir.

Şimali İrlandiyada diş həkimi işləyən Brenda Fillips idmançıların qulaqlarının eybəcər hala düşməməsi üçün silikon qulaq qapaqları icad edib.

Bu vasitədən artıq bəzi reqbiçilər, cüdoçular və güləşçilər istifadə edirlər.

Reqbiçi oğulun və xokkeyçi qızın anası olan xanım Phillips deyir ki, əzik qulaq təkcə estetik baxımdan eybəcər olmaqla qalmır, bu həm də idmançıya fiziki iztirablar verə bilər.

Bu ideya 23 yaşlı reqbiçi Connor-un və 25 yaşlı xokkeyçi Naominin anasının beyninə qəfil gəlib. Stomatoloq öz-özünə düşünüb: Əgər xokkeyçilərin başlarını qoruyan dəbilqələr, boksçuların dişlərini qoruyan süni damaqlar varsa, güləşçi və reqbiçilərin qulaqlarını qoruyan vasitə niyə olmasın?

Xanım Phillips inanır ki, silikon qulaqlar güləşçilərin, reqbiçilərin, boksçuların, kriketçilərin və su poloçuların qulaqlarını həm zədələrdən, həm də eybəcərlikdən xilas edə bilər.

Fiillips ixtirasının kütləvi tətbiqi üçün patent idarəsinə müraciət edib (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26