Interposta.Info

Qəzada itmiş qulağına belə qovuşdu -

Ölkə
 1-04-2017, 09:21     438

Ağır bir qəzada qulağını itirən adama aylarla çəkən çalışmalardan sonra yeni bir qulaq nəql olunub.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Çində bir yol qəzasında qulağını itirən, adı və yaşı məxfi saxlanılan adama yeni qulaq nəql olunub.

Qəzadan sonra üzünün sağ tərəfində ciddi zədələr əmələ gələn adam köhnə üzünə qovuşmaq üçün saysız-hesabsız əməliyyat keçirməsinə baxmayaraq qulağı olmadığı üçün özünü anormal hiss edirmiş.

Zədə o qədər böyük olur ki, həkimlər yaranın üstünə qulağını tikə bilmirdi. Bu səbəbdən Doktor Guo Şuzhong, adama süni bir qulaq nəql etməyə qərar verir.

Xəstənin qabırğalarından alınan qığırdaq 3d texnologiyadan istifadə ilə ilk real qulaq olaraq adamın qoluna nəql olunub. Qulağın işlədiyinə əmin olmaq üçün xəstə 2 həftə ərzində xəstəxanada nəzarət altında qaldıqdan sonra evinə buraxılıb.

Əməliyyatın ən heyrətləndirən tərəfi odur ki, həkimlər adamın başı sağalanədək yaratdıqları qulağı onun qoluna tikiblər. Qolunda qulaq orqanzmə uyğunlaşıb.

Bir həftə əvvəl keçirilən 7 saatlıq əməliyyatla qulaq xəstənin qolundan başına nəql olunub. Doktor Guo Şuzhong qulağa qan axınının uğurla reallaşdığını bildirib.

interposta.info
Qəzada itmiş qulağına belə qovuşdu -
Qəzada itmiş qulağına belə qovuşdu -
Qəzada itmiş qulağına belə qovuşdu - Qəzada itmiş qulağına belə qovuşdu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26