Interposta.Info

“Futbolçular Ranyeriyə hörmətsizlik etdilər” –

İdman
 6-03-2017, 20:31     568

“Futbolçular Ranyeriyə hörmətsizlik etdilər” –

İngiltərə millisinin və “Liverpul”un sabiq kapitanı Stiven Cerard “Lester”in baş məşqçisi Kladudio Ranyerinin istefaya göndərilməsinə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Ranyerinin qovulmasında “Lester”in futbolçularını günahlandırıb:

“Düşünürəm ki, “Lester”in futbolçuları son iki oyunda göstərdiyi xarakteri, mübarizəni Ranyeri qovulmamışdan əvvəl də nümayiş etdirə bilərdi. O zaman bəlkə də baş məşqçinin istefaya göndərilməsinin qarşısını alardılar. Lakin onlar bunu etmədilər. Ranyeriyə hörmətsizlik etdilər.

Siz məşqçiyə görə yox, klubunuza görə oynayırsınız. Mən onların davranışını başa düşmürəm. İki həftə əvvəl “Lester”in futbolçuları çox zəif təsir bağışlayırdı. Ancaq Ranyeri qovulan kimi ötənilki oyunlarını göstərməyə başladılar”.

Qeyd edək ki, “Lester” Ranyerinin qovulmasından sonra keçirdiyi hər iki oyunda qalib gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26