Interposta.Info

Ələt yolunda baş verən dəhşətli qəzanın - VİDEOSU

Ölkə
 18-12-2019, 17:02     401

Ələt yolunda baş verən dəhşətli qəzadan yeni görüntülər ortaya çıxıb.

"İnterPosta.info" XəzərXəbər-ə istinadla xəbər verir ki, hadisə zamanı 5 nəfər yaralanıb, 2 nəfər ölüb.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər yerindəcə, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26