Interposta.Info

Bakıda qatarla avtobusun toqquşduğu anın VİDEOsu

Ölkə
 2-10-2018, 11:39     10 402

Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib.

Bu görüntülər BAKU.WS-in “qaynar xətti”nə göndərilib.

Qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb.

Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə məlumat verib.

Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir.

1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26