Interposta.Info

Türkiyədə zəlzələdə azərbaycanlı iş adamı həlak oldu (FOTO)

Gündəm
 10-02-2023, 09:49     386

İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayada baş verən zəlzələdə həyatının itirib.

Əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə həyatını itirib.

Faktı Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fiqurət Qafarov təsdiqləyib.

Rusiya vətəndaşı olan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində iş adamı olub. Ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olan E.Əliyev zəlzələnin qurbanı olub. Onun cənazəsinin doğulduğu Salyan rayonuna gətirilməsi istiqamətində işlər aparılır.
İnterPosta.info xəbər verir ki, məlumatı APA agentliyi yayıb.

Allah rəhmət eləsin!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26