Interposta.Info

Moskvada azərbaycanlı iş adamı faciəvi şəkildə öldü (FOTO)

Ölkə
 3-02-2023, 12:38     169

Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.

"İnterPosta""Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskvada mağaza işlədən iş adamı Qafur Məmmədəliyev obyektdə baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib.

Mağazadakı malları çıxarmaq istəyərkən tüstüdən zəhərlənən şəxs hadisə yerində dünyasını dəyişib.

Əslən Naxçıvanın Behrud kəndindən olan Q.Məmmədəliyevin nəşi Bakıya gətirilərək dəfn edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26