Interposta.Info

Peyvənd olunanların sayı açıqlandı

Gündəm
 27-08-2022, 20:00     275

Azərbaycanda son sutkada 1 416 nəfər vaksinasiya olunub.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 298, ikinci doza vaksinlərin sayı 215 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 774-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 129 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 855 924 olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26