Interposta.Info

Peyvənd olunanların sayı açıqlandı

Ölkə
 2-04-2022, 20:19     340

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 558 vaksin vurulub.

Bu barədə "İnterPosta"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 591 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci doza peyvəndlərin ümumi sayı 5 326 364, ikinci doza vaksinlərin sayı 4 827 053 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 098 441, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 229 901 olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26