Interposta.Info

Bu gün neçə nəfər koronavirusa yoluxub?

Ölkə
 24-08-2022, 17:27     299

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 809 988 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 796 632 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 561 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 379, bu günə qədər isə ümumilikdə 7 131 537 test icra olunub.\

Bu gün 1 453 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 249, ikinci doza vaksinlərin sayı 200 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 864-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 140 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 851 752 olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26