Interposta.Info

Daha 36 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

 

Ölkə
 5-04-2022, 16:43     264

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib. 319 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 867, bu günə qədər isə ümumilikdə 6 721 330 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 12 054 vaksin vurulub.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci doza peyvəndlərin ümumi sayı 5 328 019, ikinci doza vaksinlərin sayı 4 829 162 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 115 333, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 231 120 olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26