Interposta.Info

Son sutkanın yoluxma statistikası

Gündəm
 23-08-2022, 18:46     289

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 809 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 640 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 442, bu günə qədər isə ümumilikdə 7 127 158 test icra olunub.

Son gündə koronavirus əleyhinə 1 732 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 190 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 850 299 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26