Interposta.Info

İş yerini dəyişdirən müəllimlərin sayı açıqlanıb

Gündəm
 3-06-2022, 23:25     302

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə uğur qazanan namizədlərin sayı açıqlanıb.

"İnterPosta" "report"a istinadən xəbər verir ki, yerdəyişmə müsabiqəsi zamanı ümumi olaraq 950 namizəd uğur qazanıb.

Həmin namizədlərdən 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26