Interposta.Info

Qazini qucaqlayaraq gündəm olan polisin kimliyi bilindi
VİDEO
 

Gündəm
 2-06-2022, 17:33     298

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına əllilik təyinatı ilə bağlı etirazlardan sonra nazirliyin qapısını sındıraraq içəri girən qazini qucaqlayan polisin kimliyi bəlli olub.

Davranışına görə bir çoxları tərəfindən alqışlanan polis əməkdaşı əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bir neçə qazi əlilliyin təyinatı ilə bağlı ƏƏSMN qarşısında narazılıq edib. Nazirliyinin inzibati binasının qarşısında etiraz edən qazilər nazirliyin binasında şüşə qapını sındıraraq içəri daxil olublar.

Qazilər içəri daxil olduqdan sonra polis əməkdaşının qazini qucaqlamasını əks etdirən görüntülər sosial şəbəkələrə maraqla qarşılanıb.//Ölkə.Az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26