Interposta.Info

DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi

Ölkə
 18-01-2020, 09:43     394

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

"İnterPosta"nun məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək",- Kamran Əliyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "Qoşa Park" yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26