Interposta.Info

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent - Yaralananlar var

Gündəm
 9-11-2021, 16:48     424

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

"İnterPosta" Report-a istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub. Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər. Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26