Interposta.Info

İctimai yerlərdə toplaşma ilə bağlı MÜHÜM QƏRAR

Gündəm
 8-09-2020, 09:50     847

Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

"İnterPosta"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26