Interposta.Info

Deputatın şirkəti avtomobilləri bu hala saldı – FOTO

Gündəm
 24-08-2020, 12:07     720

Kristal Abşeron MTK-nın Sumqayıt şəhəri 9-cu mikrorayon Sərvər Bədəlbəyli küçəsində apardığı tikinti işləri həyətlərdəki avtomobilləri bərbad hala salıb.

Bu haqda “Yeni Sabah”a müraciət edən sakin Fəxrəddin Məmmədov bildirib ki, 59 və 60 binaların həyətində olan maşınlar betonla çirkləniblər. Belə ki, Kristal Abşeron MTK-nın işçiləri həftənin cümə günü küləkli havaya məhəl qoymadan 16-cı mərtəbədə betonlama işi aparıblar:

“Həmçinin pəncərələr də tamamilə beton olub. Biz nə qədər narazılığımızı bildirsək ki, onlar buna əhəmiyyət vermirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirlik 3 gün əvvəldən havanın küləkli olub-olmayacağı ilə bağlı xəbərdarlıq edir. Onlar buna diqqət yetirmədən öz bildiklərini edirlər. “Burada mənəm, Bağdadda kor xəlifə”,- deyirlər. Bu da azmış kimi öz şəxsi imkanlarından istifadə edərək Sumqayıt şəhər Dövlət Yol Polis İdarəsinə zəng edib bildirirlər ki, vətəndaşlar maşını həyətdə saxlayıblar və bizim işimizə mane olurlar. Biz bu şəxslərdən şikayətçiyik”.

Qeyd edək ki, Kristal Abşeron MTK deputat Ağalar Vəliyevə məxsusdur.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26