Interposta.Info

İranda türklər təhqir edildi, azərbaycanlılar etiraza başladı

Gündəm
 22-08-2018, 19:06     10 508

İranın "Tasnim” xəbər agentliyinin qaşqay türkləri ilə bağlı yayımladığı qərəzli karikaturaya azərbaycanlılar sərt reaksiya göstəriblər.

"XeberBiz" kult.az-a istinadən xəbər verir ki, İranda iqtisadi mafiyanın qaşqay türkləri ilə əlaqələndirilməsi həmyerlilərimizi hiddətləndirib. Onlar karikaturada qaşqay papağından deyil, molla əmmaməsi və ya SEPAH-ın uniformasından istifadə etməyin daha doğru olduğunu bildiriblər.

Qeyd edək ki, "Tasnim” yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu qaşqay türkləri ilə əlaqələndirib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri SEPAH-ın türklərə qarşı təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.

interposta.info

İranda türklər təhqir edildi, azərbaycanlılar etiraza başladı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26