Interposta.Info

İran qəzeti azərbaycanlıları təhqir etdi -

Müxtəlif
 5-08-2017, 12:43     10 453

İranın idman mətbuat orqanlarından olan “Qladiator sorx” qəzeti azərbaycanlıları hədəfə alaraq birinci səhifəsində təhqiramiz cümlələr dərc edib.

Axar.az xəbər verir ki, “Qladiator sorx” internet qəzeti Azərbaycanın “Traktor” və Tehranın “Perspolis” komandalarının görüşündən sonra türkləri təhqir edərək birinci səhifəsində “Pantürklərin canına od saldıq, türk kababı” cümləsini yazıb.

Qəzet həmçinin “Traktor” - “Perspolis” oyunundan öncə yaydığı bir məlumatda “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” ifadəsini birinci səhifədə dərc edib.

Qəzet təhqiramiz cümlələri İnstaqram səhifəsində yaydıqdan sonra ona qarşı etirazlar başlayıb, azərbaycanlılar sosial şəbəkələrdə “Qladiator sorx” qəzetindən üzr istəməsini və onun lisenziyasının ləğv olunmasını tələb edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26