Interposta.Info

DAA prezidenti AAK prezidentini istefaya dəvət edir

Gündəm
 19-08-2018, 12:05     10 424

16 iyul 2018- ci il tarixində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun rəhbərliyi ilə bir neçə Konqres təmsilçisi İspaniyaya səfər etmiş , İspaniya dövlətinin parçalanması və bölünməsi istiqamətində separatçılıqla məşğul olan "KATALON"un qondarma qurumları ilə bir sıra görüşlər keçirmişlər.
Məsələyə münasibət bildirən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev "interposta.info"-a açıqlamasında bunun yalnış və siyasi cəhətdən hesablanmamış addım olduğunu , AAK prezidentini istefaya çağırdığını bildirdi:

“Bugünlərdə bir sıra sosial şəbəkələrdə Avropa Azərbaycanlıları Konqresi prezidenti cənab Sahil Qasımovun İspaniyanın xüsusi ilə bölücülük siyasəti ilə tanınan Katalon liderləri ilə şəkilini və orada keçirilən görüş haqqında məlumatı oxudum. Bilinməlidir ki , AAK müstəqil ictimai qurumdur onun keçirdiyi görüş və ya görüşlər ölkəmizin rəsmi siyasəti ilə uzlaşmaya bilər ancaq bu görüşün keçirilməsi Azərbaycanın rəsmən əziyyət çəkdiyi separatizmə haqq qazandırmaq anlamına gəlməkdədir. AAK rəhbərliyinin bu addımını çox ciddi yalnışlıq , ölkəmizin də əziyyət çəkdiyi separatizmə haqq qazandırmaq anlamına gəlməkdə və beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyü prinsipinə zidd olduğunu hesab etdiyim üçün düşünürəm ki, AAK üzvləri bu yalnış və siyasi cəhətdən hesablanmamış addıma öz münasibətlərini bildirməlidirlər . Bu mənada ölkəmizin adını daşıyan qurumların bundan sonra görüşlərində və addımlarında son dərəcə məsuliyyətli olmağa dəvət edir , ölkəmizin xarici siyasətinə birbaşa zidd olan bu addımla əlaqədar cənab Sahil Qasımovu könüllü şəkildə istefaya dəvət edir , bu baş verməyəcəyi halda AAK üzvlərinin növbədənkənar qurultay çağıraraq bu məsələyə hüquqi qiymət verməsinə çağırıram”.

interposta.info

DAA prezidenti AAK prezidentini istefaya dəvət edir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26