Interposta.Info

DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib

Ölkə
 11-10-2019, 09:13     10 319

Sentyabrın 9-da Bərdə rayonu, “Yeni Daş” kəndində Qarabağ Qaziləri, şəhid ailələri görüş keçirildi. Görüşdə həmçinin Dünya Azərbaycanlıları Asambleyasının prezidenti Rəşad Quliyev də iştirak edirdi.

Görüşü Qarabağ qazisi Rizvan Kərimov açıq elan edərək bucür görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğuladı.
Rizvan bəy kəndin qaziləri haqqında məlumat verərək bildirmişdir ki, 90-cu illərdə Yeni Daş kəndində 300 ev olduğunu buna qarşılıq olaraq kəndin 250 nəfər Qarabağda döyüşçüsünün olduğunu bununla demək olar ki, hər evdən bir nəfərin Qarbağda ərazi bütövlüyümüz uğrunda savaşdığını qeyd etdi.
Daha sonra çıxış edən , DAA prezidenti Rəşad Quliyev
Qarabağ qazilərinə Dünya Azərbaycanlıları Assambleyasının fəaliyyəti, Qarabağ məsələsi ilə bağlı görülən işlərlə bağlı məlumat verilib.
Dünya Azərbaycanlıları Assmableyasının prezidenti Rəşad Quliyev çıxışında, Qazi adından şəxsi məqsədlər üçün istifadənin yol verilməz olduğunu və xalqımızla birlikdə Qarabağın işğaldan azad olunacağına əminliyini bildirib.
Daha sonra Rəşad Quliyev, Dünya Azərbaycanlıları Assambleyasının dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilat olduğu diqqətə çatdırıb.
Daha sonra tədbirdə qazilər çıxış edib
Onlar, qayğıları və onları narahat edən problemlər barədə danışıblar. Eyni zamanda, Azərbaycan dövlətinin Qarabağ qaziləri , şəhid ailələrinə göstərdiyi qayğını yüksək qiymətləndirdilər , qazi adı altında oyunbazlıq və bu ad altında siyasi alver edənlərin xaricdə ölkəmiz əleyhinə təbliğat üçün fürsət vermək üçün gərginlik görüntüsü yaratmalarını qətiyyətlə pisləndi, qazilərin və şəhid ailələrinin Ali Baş Komandana etimadlarının yüksək olduğunu və cənab prezidentin apardığı siyasəti dəstəklədiklərini bəyan etdilər. Göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə təşəkkür etdilər.
Sonda Qarabağ qazilərinə Dünya Azərbaycanlıları Assambleyasının struktur bölmələrinin fəaliyyətilə bağlı geniş məlumat verilib.

İnterPosta.info

DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib
DAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçiribDAA Prezidenti Bərdədə Qarabağ Qaziləriylə görüş keçirib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26