Interposta.Info

“Space” TV ilə əməkdaşlıq edən aparıcı 100 min pulu götürüb ölkədən qaçdı –

Gündəm
 24-07-2018, 21:37     10 444

Gənclərin iş axtarışında olması bəzi fırıldaqçılar üçün fürsətə çevrilib

Bir işbaz da televiziyada işə düzəltmək adı ilə xeyli pul mənimsəyib. Şikayətçilər iddia edir ki, Vüqar Ağayev adlı şəxs onlardan işə düzəltmək adı ilə min manatdan 10 min manata qədər pul alıb.

Üstəlik Ağayev aldığı pula fərqli don da geyindirib, bunun dövlət rüsumu olduğunu deyirmiş. Ağayev iş arzusunda olanlara prodakşn rəhbəri olduğunu və onları “Space” telekanalına işə düzəldəcəyinə söz verib.

İttihamlara görə, başqa bir qrup şəxsə isə “Heydər Əliyev Fondu”-nda iş düzəltməyi boynuna götürüb, üstəlik aparıcı Hacı Nuranın adından istifadə edib.

Bu tələyə düşənlər bir müddət sonra pullarını geri istəyiblər. Ancaq iddialara görə, həmin şəxs yeni vədlər verib, “bu gün-sabah” deyərək, prosesi uzadıb.

Sonda isə iddiaçıların təxmini hesablamalarına görə, 100 min AZN mənimsəyərək ölkədən qaçıb. Bununla bağlı artıq 26-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.

58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor və … – Ramiz Mehdiyev nə deyirdi? 23.07.2018
ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldı 23.07.2018
Əli İnsanovun xas adamı... və saxta əlilik monopoliyası.. 02.07.2018
Məmur qızı: ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi 23.07.2018
Fırıldağın qurbanı olan üçün isə artıq ip də gedib, it də, çünki həm yenə işsiz qalıblar, həm də dələduz qaçdığı üçün pulu geri alacaqlarına ümidləri yoxdur.(minval.info)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26